DÇ-2018: Azərbaycan və San Marino milli komandalarının start heyəti açıqlanıb

Azərbaycan və San Marino milli komandalarının futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün start heyəti açıqlanıb.

Astarainfo.az”Report”-a istinadən  məlumatı verir ki, meydan sahiblərinin “11-liy”inə Norveçlə əvvəlki qarşılaşma ilə müqayisədə 8 yeni oyunçu daxil edilib.

Onlardan Təmkin Xəlilzadə ilk dəfə yığmada çıxış edəcək. Start heyətdəki yerini qoruyanlar isə kapitan Rəşad Sadıqov və yarımmüdafiəçi Riçard Almeyda ilə Rahid Əmirquliyevdir.

Azərbaycan: 23. Səlahat Ağayev, 3. Maqomed Mirzabekov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Təmkin Xəlilzadə, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 1.Kamran Ağayev, 12.Anar Nəzirov, 2. Qara Qarayev, 4.Pavel Paşayev, 5. Ürfan Abbasov, 8.Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Ağabala Ramazanov

Baş məşqçi: Robert Prosineçki

San Marino: 1. Aldo Simonçini (kap.), 2 Davide Çezarini, 3. Andrea Qrandoni, 4. Mikele Çevoli, 6. Mirko Palatsi, 7. Aleks Qasperoni, 11. Alessandro Qolinuççi, 13. Alessandro Della Valle, 14. Mikele Çervellini, 16. Danilo Rinaldi, 17. Fabio Tomassini.

Ehtiyat oyunçular: 12. Cacomo Muraççini, 23. Mattia Mantsaroli, 5. Fabio Vitayoli, 8. Mixael Battistini, 9. Mattia Stefanelli, 10. Maykol Berretti, 15. Kristian Brolli, 18. Marko Bernardi, 19. Luka Tosi, 20. Joze Hirş

Baş məşqçi: Pyerancelo Mantsaroli

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – San Marino matçı saat 20:00-da başlanacaq.