“Barcelona”nın yeni transferi Usman Dembele 2016-cı ilin yayında katalon klubuna keçmək imkanı olduğunu bildirib.
Gənc oyunçu müntəzəm meydana çıxmaq və inkişaf etmək üçün “Borussia”nı seçdiyini qeyd edib.
“Ötən yay “Rennes”nin futbolçusu idim. Böyük kluba keçmək üçün tez idi. Təcrübə toplamaq, Çempionlar Liqasında oynamaq, səviyyəli klubda müntəzəm meydana çıxmaq və inkişaf etmək istəyirdim. “Barcelona”ya keçsəydim, məşqlərdə çox şey öyrənərdim. Amma bu, inkişafımın qarşısını alardı. Xoşbəxtlikdən, katalonlar ikinci dəfə həmlə etdi. Bu dəfə fürsəti əldən çıxara bilməzdim. “Borussia”da məşqləri dayandırsam da, səbrliydim. “Barca” və “Borussia” arasında danışıqlar gedirdi. Məşqə çıxmamaq qərarına gəldim. Onlara təzyiq göstərmək istəmirdim. Transfer başa tutmasaydı, məyus olardım”.