Ərdoğanın mətbuat katibi: Türkiyə Myanma müsəlmanlarına yardım göndərən ilk ölkə olacaq

Türkiyə Myanmanı tərk edən rohinca müsəlmanlarına humanitar yardım göndərən ilk ölkə olacaq.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə Myanmaya 100 tona yaxın ərzaq və geyim məhsulları yollayacaq.

Bir müddət əvvəl prezident Rəcəb Tayyib Ərdoğan da Myanma müsəlmanlarına yardım ediləcəyini bildirmişdi.

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin “təhlükəsizlik əməliyyatı” adı altında 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.