Alimlər bunu da etdilər — Laboratoriyada 100 faizlik həqiqi ət istehsal edildi

“Memphis Meats” şirkətinin laboratoriyasında orijinal ət ilə eyni dadı verən dana, toyuq və ördək əti istehsal ediblər.

Astarainfo.az”Ölkə.Az” -a istinadən xəbər verir ki, heç bir heyvanı kəsmədən tamamilə laboratoriya şəraitində istehsal edilən ətə “təmiz ət” adı verilib.

Bir miqdar heyvan hüceyrəsi nümunəsi dəmir qablar içində yenidən çoxaldıb istehsal edilən “təmiz ət” 100% ət dadı verir, tərkibində antibiotik və enterobakteriya növlərinə də rast gəlmək mümkün deyil.

Şirkət bu günə qədər 22 milyon dollar ianə toplayıb. Bu pulun böyük bir hissəsi Bill Qeyts, Riçard Brenson və “Cargill” qida şirkəti tərəfindən verilib. “Mosa Meat” və “SuperMeat” kimi bu sahədəki digər şirkətlər “təmiz ət”i bazara çıxarmaq üçün “Memphis Meat” ilə rəqabətə giriblər.

Brenson mövzu ilə bağlı açıqlamasında deyib: “30 ildən sonra heç bir heyvanı kəsib yemək məcburiyyətində qalmayacağıq. Əldə edilən ətin təmiz ət və ya bitkilərdən əldə edilən ət olacağına inanıram. Həm dadı bildiyimiz ət ilə eyni olacaq, həm də daha təmiz və faydalı olacaq”.

2013-cü ildə istehsal edilən ilk “təmiz ət burqer”in xərcinin 330 min dollar olduğu bildirilir. Bu gün istehsal edilən ətin qramı isə 40 dollara başa gəlir. Məqsəd isə xərcləri kifayət qədər azaltmaq, bazara normal qiymətə ət çıxarmaqdır.