Amerika təhlükədə — Dəhşətli “İrma” qasırğası yaxınlaşır

Güclü “İrma” qasırğası Atlantik okeanı üzərində güc yığır.

Astarainfo.az”Ölkə.Az”-a istinadən  xəbər verir ki, Florida ştatı və bir neçə Cənubi Amerika ölkəsi bu qasırğanın qurbanına çevrilə bilər.

ABŞ-ın qasırğa xəbərdarlıq mərkəzi məlumat verib ki, küləyin sürəti 220 km/saatır.

Bu gün burulğan mümkün olan 5 dərəcədən dördüncüyə qədər yüksəlib və qərbə doğru istiqamət götürüb. İlkin ehtimala görə Puerto-Riko, Dominikan respublikası, Haiti və Kuba qasırğadan əziyyət çəkə bilər. ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott fövqəladə vəziyyət rejimi elan edib.

Antiqua və Barbuda, Sent-Kitsa və Nevis, Britaniyanın Angilya və Montserrat, Niderlandın Saba və Sint-Estatius, Fransa və Niderlandı ayıran Sen-Marten adaları  və Fransanın Sen-Bartelemi ərazisinə də xəbərdarlıq edilib.