Astarada avtomobil dərəyə aşıb

Astarada avtomobil dərəyə aşıb, xəsarət alan var.

Astarainfo.az  xəbər verir ki, hadisə Astaranın Miki kəndi ərazisində qeydə alınıb.

“Niva” markalı minik avtomaşını idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.