Avqustda “Azərenerji” 2 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

Bu ilin avqust ayında “Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,009 milyard kilovat-saat olub.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC avqust ayında da enerji istehsalı, ötürməsi və idarə olunması sahəsindəki vəzifəsini təhlükəsiz şəraitdə effektiv şəkildə yerinə yetirib. Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Qeyd edək ki, ötən ilin avqust ayında bu göstərici 2,069 milyard kilovat-saat təşkil edib.