“Bavariya”nın İdarə Heyətinin sədri ECA prezidenti vəzifəsini tərk edib

Almaniyanın “Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti postunu tərk edib.

Astarainfo.az “Report”-a istinadən məlumatına görə, bu barədə ötənlərin tanınmış futbolçusunun özü açıqlama verib.

Rummenige 2008-ci ilin yanvarında əsası qoyulduğu gündən ECA-ya rəhbərlik edib. Onun fikrincə, qurum güclü və UEFA-nın dürüst tərəfdaşı olub: “10 illik fəaliyyətimiz dövründə biz əvvəlcədən nəzərdə tutduğumuzdan daha çoxuna nail ola bildik. Heç kim ömrünün sonunadək bir postda qala bilməz. Bu vəzifəni təmiz vicdanla tərk edirəm”.

Qeyd edək ki, ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Yeni prezident bu gün seçiləcək.