Britaniyanın məşhur gəlini üçüncü dəfə ana olmağa hazırlaşır

May ayında şahzadə Şarlottanı dünyaya gətirən Kembric hersoginyası Keyt Middleton yenə də hamilədir.

“Ölkə.Az” xəbər verir ki, hamiləliyin ilkin mərhələsini yaşayan Middleton tədbirlərdə iştirak etmir.

Amerika mətbuatının xəbərinə görə 33 yaşlı Keyt üçüncü övlad sahibi olmağa hazırlaşır. Bəzi iddialara görə isə Keyt 40 yaşına qədər dördüncü övladını da dünyaya gətirmək niyyətindədir.

Şahzadə Uilyamın xanımı olan Kembric hersoginyası böyük ailəyə sahib olmaq istəyir.

Bəzi iddialara əsasən isə Keyt şahzadə Şarlottanı dünyaya gətirdikdən sonra  depresiyaya düşüb və evdən çölə çıxmır