“Multikulturalizm” jurnalının növbəti sayı çap olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün ikinci sayı işıq üzü görüb.

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, jurnal Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır.

Sonra dövlət başçısının IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi, Birinci vitse-prezident Mehriban Əliyevanın nitqi və forum iştirakçılarının çıxışlarından parçalar çap edilib.

“Azərbaycançılıq” bölməsində may ayının 10-da Almaniyanın Auqsburq şəhərində “Azərbaycanın Gənc Dostları Klubu”nun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan multikulturalizminin siyasi banisi, ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda keçirilən ikigünlük beynəlxalq nəzəri-praktik konfransın gündəliyi verilib.

“İslam Həmrəyliyi İli” rubrikasında jurnalın məsul katibi Taleh Eminoğlunun ”Religious Diversity of Azerbaijan” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun “Tolerantlığın zəiflədilməsi cəhdləri” adlı məqalələri dərc olunub.

“Çoxmədəniyyətlilik” rubrikasında Pəri Əhmədovanın “Мулътикулътуралътый аспект литературы малых народов Азербайджана» məqaləsi yer alıb. Sözügedən bölmədə eyni zamanda Xuraman Əliyevanın “Ərəb mühacir ədəbiyyatı mədəniyyətlərin qovuşağı kimi (Mixail Nüaymənin yaradıcılığı kontekstində) adlı məqaləsi dərc edilib.

“Terror multikulturalizmə qarşı” bölməsində Anar İsgəndərovun “Quba soyqırımı” məqaləsi çap olunub.

“Qürbətdən görünən vətən” rubrikasında İsraildə yaşayan Anton Aqarunovun şeirləri oxucuların diqqətinə çatdırılır.

“Azərbaycan əcnəbilərin gözü ilə” rubrikasında İkinci Dünya müharibəsində əsir düşmüş alman əsgəri Villi Deşin gündəliyindən qeydlər dərc edilib.

“Tariximiz, bugünümüz” bölməsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Arxeoloji xidmət” şöbəsinin böyük elmi işçisi Elnur Vəliyevin “Azərbaycanda zərdüştilik izləri” adlı məqaləsi yer alıb.

“Axundov zalı” rubrikasında tanınmış yazıçı Əlabbasın “Şəbi-hicran” hekayəsi çap olunub.

“Höte zalı” bölməsində Zahid Sarıtorpağın təqdimatında Artur Rembonun sonetlərinin tərcümələri verilib.

“Multikulturalizm mozaikası” rubrikasında ilin ikinci rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən tədbirlər işıqlandırılıb.

“Kitab rəfi” bölməsində Azərbaycan Yaradıcılıq Fondunun, Bakı Beynəlxalq Multikulruralizm Mərkəzinin nəşr etdirdiyi kitablar oxuculara təqdim edilir.

Jurnalın budəfəki “Region” əlavəsi Naxçıvan bölgəsinin qələm adamlarına həsr olunub. Əlavədə Asim Yadigarın, Adilə Nəzərin, Elxan Yurdoğlunun, İnqilab Orxanın, Elbəyi Sadiqin, Nazlı Hacının, Sədaqət Nemətin və digər şairlərin şeirləri dərc edilib.

Qeyd edək ki, “Region” əlavəsinin növbəti səfəri Təbriz bölgəsinə olacaq.