Sentyabrın 5-dən 14-dək Rumıniyanın Mamaya şəhərində altı yaş kateqoriyasında: 8, 10, 12, 14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında şahmat üzrə Avropa birinciliyi keçirilir.
AZƏRTAC xəbər verir ki, iştirakçılar siyahısında 1000-dən çox şahmatçının adı var.
Avropa birinciliyində Azərbaycanı bu şahmatçılar təmsil edirlər: 8 yaşa qədər – ustalığa namizəd Ziya Məmmədov, həmçinin İsmayıl Süleymanlı, Cahandar Azadəliyev, Suada Abbaszadə, Zərifə Abbasova, 10 yaşa qədər – ustalığa namizədlər Read Səmədov, Əli Süleymanlı, Fərid Orucov, Səmra Qasımova, Leyla Budaqova, 12 yaşa qədər – ustalığa namizədlər Aydın Süleymanlı, Ayan Allahverdiyeva, həmçinin Xəzər Babazadə, Azad Abbasov, Cəmilə Paşayeva, Jalə Kərimli, Məhluqə Zülfüqarlı, 14 yaşa qədər – FİDE ustası Gövhər Beydullayeva, ustalığa namizəd Səbinə Rzalı, həmçinin Vüqar Manafov, Sadiq Məmmədov, Ləman Hacıyeva, 16 yaşa qədər – FİDE ustası Andrey Mustafin, ustalığa namizəd Sevil Tahirova, həmçinin Babək Cəfərli, Aytac Heydərova, 18 yaşa qədər – FİDE ustaları Kənan Qarayev və Xanım Balacayeva.
İsveçrə sistemi üzrə keçiriləcək yarışlar 9 turdan ibarət olacaq.
Oyun günləri: 5-9, 11-14 sentyabr.