Şimal dənizində balinaların kütləvi ölüm SƏBƏBİ

Şimal dənizində balinaların kütləvi ölüm səbəbi məlum olub.

Yeni elmi araşdırmaya əsasən Qütb Parıltısına səbəb olan günəş fırtınaları 2016-cı ildə 29 balinanın Şimal dənizində sahilə çıxaraq tələf olmasına səbəb olub.

Beynəlxalq Astrobiologiya jurnalında yayımlanan araşdırmaya əsasən böyük ölçülü günəş fırtınaları yer üzündəki maqnit sahənin pozulmasına səbəb olur. Bu isə balinaların istiqamət duyğusunu çaşdırmış və balinalar dayaz sulara üzüblər. 2016-cı ildə 29 iri balina Almaniya, Hollandiya, İngiltərə və Fransa sahillərinə çıxmışdı.

Uzun bir müddət balinaların sahilə niyə çıxdığı müzakirə edilib. Bəzi teoriyalar qida zəhərlənməsi və iqlim dəyişikliyini müdafiə edirdi.

Almaniyanın Kiel universitetinin alimi doktor Klaus Vanselov və həmkarlarının son araşdırması nəticəsində məlum olub ki, balinalar yerin maqnit sahəsindən istiqamət təyin etmək üçün istifadə edirlər. Maqnit sahəsi bəzi yerlərdə güclü, bəzi yerlərdə isə zəifləyir. Balinalar isə bu anormallıqları oxumağı öyrəniblər.

Amma Şimal Qütbünə gəldikdə isə Qütb Parıltısını ortaya çıxaran günəş fırtınalarının güclü olması bu maqnit sahəsini tamamilə sıradan çıxarır.
Günəş fırtınaları quşların və arıların da istiqamət təyin etmə duyğusunu zədələyir.

İki-Sahil