Tərtərdə sahibkarlardan prioritet investisiya layihələri qəbul edilir

Tərtər rayonunda sahibkarlardan prioritet hesab olunan investisiya layihələri qəbul edilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.