Voleybol yığmamız reytinq siyahısında 3 pillə irəliləyib

Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan yığması üçün uğurlu alınıb.

Fərid Cəlalovun yetirmələri 4 pillə irəliləməklə, 33-cü yerə yüksəliblər. Buna onların Avropa çempionatının I təsnifat mərhələsində və Avropa Liqasındakı çıxışı səbəb olub. 2 yarışdan 44 xal əldə edən komandamız reytinq xalını 90-a çatdırıb.

Cədvələ Avropa çempionu titulunu qazanan Rusiya başçılıq edir. Onlar xal hesabında Fransaya çatsalar da, çempion olduqları üçün zirvəyə qalxıblar. Hər 2 yığma 280 xala malikdi. İlk “üçlüy”ü yarışı bürünc medallarla qapayan Serbiya (274 xal) qapayır. Rusların finalda qalib gəldiyi Almaniya (250) isə 8-ci pillədəki yerini qoruyub.