Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevanın “XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrı” kitabı nəşr olunub. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Kitabda XVIII-XIX əsrlər Azərbaycan poeziyasında müxəmməs janrında yazılmış əsərlər əsasında ədəbiyyatımızın həmin dövrlərdəki inkişaf xüsusiyyətləri araşdırılıb. Müəllif əlyazma mənbələrini araşdırmaqla bir sıra qeyri-mətbu müxəmməsləri də aşkara çıxarıb, indiyədək nəşr olunmuş müxəmməslərdəki səhvləri düzəltməklə oxuculara təqdim edib.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, elmi məsləhətçisi akademik Rafael Hüseynovdu