Yaxın zamanlarda güclü zəlzələlərin olması gözlənilmir

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Bakıda 8 bal gücündə zəlzələ baş verəcəyi haqqında məlumat yayılıb. Təbii ki, bu, paytaxt sakinləri, ümumən əhali arşında narahatlıq və təşvişə səbəb olub.

AZƏRTAC-ın müxbiri həmin informasiyanın həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliyə müraciət edib.

O, Bakının seysmik zonada yerləşdiyini və Xəzər dənizində aktiv zəlzələ ocaqlarının mövcud olduğunu etiraf edib. Baş direktor bildirib ki, hazırda güclü zəlzələlərə təkan verəcək aktivlik qeydə alınmır.

Onun dediyinə görə, tez-tez xırda təkanlar qeydə alınsa da, yaxın vaxtlarda güclü zəlzələlərin olacağı gözlənilmir.