Böyük Britaniyanın “Spectator” jurnalının versiyasına görə, dünyanın ən xoşbəxt insanları Norveçdə yaşayırlar.

Astarainfo.az Enter.News-a istinadən xəbər verir ki, reytinqdə ilk üçlükdə həmçinin Danimarka və İslandiya yer alıb.

ABŞ reytinqdə 14-cü, Böyük Britaniya isə 19-cu sırada qərarlaşıb. Səudiyyə Ərəbistanı 34-cü, Rusiya 49-cu, Türkiyə 69-cu, Çin isə 122-ci yerdədir.

Jurnalın araşdırmasına görə, dünyanın ən qeyri-xoşbəxt insanları Hindistanda yaşayır.