Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, bu, nazirlərin sayca altıncı üçtərəfli görüşüdür.