Belarusun hər üçüncü vətəndaşı kitabxana istifadəçisidir

Belarusun hər üçüncü vətəndaşı kitabxana abunəçisidir. Statistikaya əsasən, ölkə əhalisinin 32 faizi kitabxana istifadəçisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Belarusun Mədəniyyət Nazirliyinin şöbə müdiri Natalya Zaderkovskaya jurnalistlərə müsahibəsində deyib.

N. Zaderkovskayanın sözlərinə görə, bu gün Belarusda 7 mindən çox ictimai və xüsusi kitabxana fəaliyyət göstərir. 2016-cı ildə ictimai kitabxanalardan 26,5 milyon insan istifadə edib ki, bu da 2015-ci illə müqayisədə 3,4 faiz çoxdur.

2020-ci ilə qədər Belarusda kitabxana istifadəçilərinin 20 faizə qədər artacağı proqnozlaşdırılır.

Emil Hüseynli