Az əvvəl qeyd etdiyimiz kimi “Whatsapp”da əhaliyə mənbəyi məlum olmayan xəbərdarlıq mesajı yayılıb. Mesajda gecə saatlarında güclü kosmik qasırğa olacağı, bununla bağlı əhalinin telefonları söndürməyinin vacib olduğu qeyd edilir.
Astarainfo.az A24.Az-ə istinadən xəbər verir ki, məsələyə azərbaycanlı fizik Yalçın İslamzadə münasibət bildirib. Tanınmış fizikin fikirlərini təqdim edirik:
“Dəqiq proqnoza görə gecə 00.30-04.00 Ay yerə həddən artıq yaxınlaşdığına görə Yer planetində güclü kosmik fırtına, şüalanma olacaq. Məsləhət həddən artıq çox ciddidir, telefonları 00.30-00.04-ə qədər söndürülməlidir, şüalar telefonlar vasitəsiylə böyük xətər yetirir. Telefonları söndürün, xəbəri yayın”.
Əslində statuslarda, qəzetlərdə, çıxışlarda, müsahibələrdə, mabahisələrdə rastlaşdığımız, rəvayəti ciddi hadisə kimi təqdim etmək şəklindəki, konkretlikdən və dəlillərdən, istinadlardan uzaq iddiaların tipik nümunəsidir..
1. Dəqiq proqnoza görə-kimin proqnozu? NASA, Şamaxı rəsədxanası, yuxu, qeybdən səslər?
2. Ay yerə həddən artıq yaxınlaşdığına görə – Niyə həddən artıq yaxınlaşmalıdır? Orbitini hansı qüvvə dəyişdirib? Niyə Ay yaxınlaşdığına görə olduğundan dəfələrlə parlaq görünmür? Yerin cazibəsi Ayı orbitindən çıxaracaq qədər artıbsa, biz niyə özümüzü daha ağır hiss etmirik?
3. Güclü kosmik fırtına-hansı fırtına? Ay böyük, ölü torpaq parçasıdır, sadəcə qravitasiya sahəsi yarada bilər. “Güclü kosmik şüalanmanın ” səbəbi nədir”?
Qeyd edək ki, bu tip mesajlarla əhali tez-tez narahat edilir.