Çinin şərqində 120 uşaq qidadan zəhərlənib

Çinin Szyansi əyalətində yerləşən 3 bağçadan 120-dək uşaq xəstəxanaya yerləşdirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, buna onların qidadan zəhərlənməsi səbəb olub.

Nəticədə 36 uşaq hospitala göndərilib, 62-si həkim nəzarəti altında saxlanılıb, 22 isə evə buraxılıb.

Bildirilir ki, uşaqlar maşınla bağçadan evlərinə paylanan zaman onlarda qusma və qarınağrısı əlamətləri müşahidə olunub.

Hazırda əyalət hökuməti insidentlə bağlı araşdırma aparır.