Səudiyyə Ərəbistanının milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib.
Astarainfo.az “Report”-a istinadən məlumatına görə, ərəblər Asiya zonasından mundiala qatılacaq son komanda olub.
Bert van Marveykin baş məşqçi olduğu kollektiv həlledici turda Yaponiyaya 1:0 hesabı ilə qalib gəlib və Avstraliyanı top fərqində keçib. “Yaşıl qitə” komandası isə DÇ-2018-ə vəsiqə uğrunda “pley-off” matçlarında Suriya ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Asiya zonasından İran, Yaponiya və Cənubi Koreya milliləri mundialda iştirak hüququna yiyələnib. Digər 4 komanda isə təşkilatçı Rusiya ilə yanaşı, Braziliya, Meksika və Belçikadır. Dünya çempionatında ümumilikdə 32 ölkə yığması çıxış edəcək.