Yaponiyanın Keio Universitetinin alimləri Süd Yolu Qalaktikasının mərkəzindən 200 işıq ili uzaqlıqda yeni bir qara dəlik kəşf ediblər.

  AZƏRTAC– “Nature Astronomy” dərgisinə istinadla xəbər verir ki, qara dəlik molekulyar qazlarla əhatə olunub.

Tədqiqatçılar Çilidəki Atakama çölündə ALMA teleskopu ilə təsbit etdikləri ortakütləli qara dəliyin öz növündə ilk və böyüklüyünə görə Süd Yolu Qalaktikasında ikinci olduğunu açıqlayıblar.

Qalaktikada qaz buludunun öyrənilməsi sırasında kəşf edilən qara dəliyin Günəşdən 100 dəfə böyük olduğu bildirilir.