Sentyabrın 8-dən 10-dək Türkiyənin Ardaşen şəhərində həndbol üzrə turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə dörd komanda iştirak edəcək.

Yarışda Azərbaycanı qadınlardan ibarət “Azərsu” və “Azəryol” klubları təmsil edəcəklər. Türkiyədən isə “Zaqnosspor Trabzon” və “Ardaşen GSK” kollektivləri yarışacaqlar.

Turnir XXV – yubiley Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyır.

Komandalarımız qardaş ölkəyə sabah yola düşəcəklər.