Nazir Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov sentyabrın 8-də Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 11.00-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində başlayacaq.