Ölkəmizdə 32,2 min həkim, 54,4 min orta tibb işçisi var

Bu ilin əvvəlinə olan məlumata görə, ölkəmizdə 32 189 həkim fəaliyyət göstərir. Tibb müəssisələrində 8122 terapevt, 3652 pediatr, 3445 cərrah, 2762 stomatoloq, habelə digər ixtisasdan olan həkim çalışır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə əhalinin hər 10 min nəfərinə 14 pediatr, 8,4 terapevt, 3,6 cərrah, 2,9 stomatoloq, 1,4 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,8 ginekoloq düşür.

İlin əvvəlində respublikamızda 54 457 orta tibb işçisi, o cümlədən 38070 tibb bacısı, 4365 akuşer, 3555 feldşer-laborant, 3267 feldşer, 639 rentgen üzrə laborant və digər ixtisaslardan olan tibb işçisi qeydə alınıb. Hər 10 min əhaliyə isə 39,3 tibb bacısı, 3,7 feldşer-laborant, 3,4 feldşer, 0,7 rentgen üzrə laborant, hər 10 min qadına 9 akuşer və digər orta tibb kadrı düşür.