Sentyabrın 6-da Qəbələ rayonu ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Qəbələdən 24 kilometr şimal-qərbdə baş verən yeraltı təkanlar yerli vaxtla saat 05:45:12-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.