“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray” növbəti transferini həyata keçirib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Karabükspor”un yunçusu Yasmin Latovleviçi heyətinə cəlb edib. 31 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. “Qalatasaray” sabah bu transferi rəsmən açıqlayacaq.

Qeyd edək ki, L.Latovleviç ötən mövsüm 31 matçda 3 qol vurub və eyni sayda qolun ötürməsini verib.