“Qarabağ” azarkeşlərə müraciət etdi

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində  “Çelsi” ilə səfər matçını stadiondan izləmək istəyən azarkeşlərinə müraicət edib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, müraciətdə azarkeşlərdən oyunun biletlərini əldə etmək üçün 055- 400 – 49 -18 nömrəsi əlaqə saxlamaları xahiş olunub.

Bundan başqa, ödənişlərin yalnız funt-sterlinqlə həyata keçirildiyi bildirilib. Bir biletin qiymətinini 35 funt-sterlinq olduğu vurğulanıb.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü sentyabrın 12-i keçiriləcək.