Almaniya – Azərbaycan: başlama saatı açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Almaniya – Azərbaycan oyununun başlama saatı müəyyənləşib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə,  Almaniyanın Kottbus şəhərində oynanılacaq görüş oktyabrın 6-ı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, millimiz 5-ci qrupda oynadığı hər iki matçda uduzub.