Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçin diplomatik fəaliyyət müddəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə xanım Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov xanım Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.