“Çelsi” klubu Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək oyunda iştirak etmək istəyən azarkeşlərinə güzəşt edib.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, Bakıya səyahət paketlərinin qiyməti ucuzlaşdırılıb.
Bakıda gəzinti və 1 gecə 4 ulduzlu oteldə qalmağın da daxil edildiyi paket bir adam üçün 359 funt-sterlinqdən (760 manat) başlayır.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 22-də keçiriləcək.