FİFA millimizin rəqibini cəzalandıra bilər

DÇ-2018-in seçmə mərhələsində millimizlə bir qrupda yer alan Almaniya yığması cəzalandırıla bilər.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə,  komandanın Çexiya ilə səfər matçında (2:1) alman fanatlar nasist şüarları səslənidirblər.

FİFA artıq  bununla bağlı araşdırmaya başlayıb. Qurumun rəsmi saytında yayılan açıqlamada sentyabrın 1-də Praqada keçirilən qarşılaşmada təxminən 200 alman azarkeşin nasist şüarlar səsləndirməsi səbəbindən Almaniya Futbol Federasiyasına (AFF) qarşı intizam araşdırması başlanıldığı qeyd olunub.