“Google” “Android” sistemində onlarla təhlükəli boşluğu aradan qaldırıb

“Google” şirkəti tərəfindən təqdim ediləcək sentyabr yeniləməsində “Android” platforması, “Broadcom”, “Qualcomm” və “MediaTek” şirkətlərinin komponentləri və “Linux” sisteminin nüvəsi üçün düzəlişlər əlçatan olacaq.

AZƏRTAC “securitylab.ru” saytına istinadən xəbər verir ki, sentyabr yeniləməsində “Android media framework”un tərkibinə daxil olan kitabxanalarda düzəliş qeydə alınıb. Kitabxanalarda 24 boşluq aşkar edilib. Onlardan 10-u kritik əhəmiyyətli olub. 11 boşluq isə hələ təqdim edilməmiş “Android 8.0 Oreo” sistemi ilə bağlıdır. Ən təhlükəli boşluq hakerlərə imtiyazlı proses kontekstində ixtiyari kodun icrası üçün xüsusi hazırlanmış fayldan istifadəyə imkan verirdi. Həmçinin “Wi-Fi Broadcom” drayverinə müdaxilə edən bir neçə boşluq aradan qaldırılıb.

İstifadəyə veriləcək iki yenilənmə paketindən biri qismən düzəlişlər dəsti, digəri isə tam düzəlişlər dəstindən ibarətdir.