Kazanda müsəlman kinosu festivalı keçirilir

Rusiyanın Kazan şəhərində müsəlman kinosu festivalı keçirilir.

Astarainfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, “Mədəniyyətlərin dialoqu vasitəsilə dialoq mədəniyyətinə doğru” devizi altında keçirilən festivalın əsas konkurs proqramına dünyanın 27 ölkəsindən 60 film daxil edilib.

Festivalın əsas qonağı olan tanınmış aktyor Marat Başarov bu sənət yarışmasına özünün də rol aldığı “Mulla” filmi ilə qatılıb. Festivalda ilk dəfə Filippin və Malta istehsalı olan filmlər təqdim edilib.

Filmlərin nümayişindən əlavə festival çərçivəsində “dəyirmi masa”lar, yaradıcılıq görüşləri, həmçinin iştirakçı ölkələrin mədəniyyət günləri keçiriləcək. Festivalın münsiflər heyətinə Rusiyanın Xalq Artisti, rejissor Nikolay Dostal sədrlik edir.

Qeyd edək ki, festivalda dünya prokatına təqdim olunmamış filmlər nümayiş olunur.