Rauf Əliyevin komandası Superkuboku qazana bilmədi

Albaniya Superkubokunun qalibi müəyyənləşib. 

Astarainfo.az Qol.az-a istinadən  məlumatına görə, həlledici oyunda son çempion “Kukesi” ilə ölkə kubokunun son qalibi “Tirana” qarşılaşıb.

Qarşılaşma “Tirana”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Paytax təmsilçisi 90-cı dəqiqədə vurduğu qolla qalib gəlib.

“Kukesi”nin yeni transferi – millimizin üzvü Rauf Əliyev bu  matçda  iştirak edib. Start heyətdə meydana çıxan hücumçu ikinci hissə başlayanda Miloş Krkotiçlə əvəzlənib. Bu, Raufun yeni klubunda ilk rəsmi oyunu olub.