İngiltərədən olan arxitektorlar “Photon Space” müasir şüşə evin layihəsini hazırlayıblar.
Bu evlər daha çox müsbət cəhətlərə malikdir.
Mütəxəssislərin fikrincə, şüşə evlər təbii gün işığının içəri daxil olmasına əlverişli şərait yaratmaqla yanaşı, enerjiyə qənaət etmiş olurlar. Həm də belə evlər yayda və qışda daha tez qızırlar.
Həmçinin belə hesab olunur ki, gün işığı insanın psixi və fizioloji səhhətinə müsbət təsir edir.
Layihə müəllifləri eksperiment üçün 2 həftə ərzində 300 nəfəri növbə ilə həmin evdə yaşamağa dəvət edəcək, bu zaman onların sağlamlığına xüsusi diqqət yetiriləcək.