Əsl mənzili xatırladan treyler-ev

“Mercedes” şirkətinin istehsal etdiyi və 523 at gücünə malik olan “Variomobil Signature 1200” avtomobili – treyleri yaşayış evinə çevrilməklə, gəzinti üçün də çox əlverişlidir.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, təkər üstündə ev texnikanın son nailiyyətləri ilə təchiz edilib. Onun üzərində hətta bir avtomobil yerləşən qaraj da quraşdırılıb. Treylerdə qonaq, yataq və vanna otaqlarının, eləcə də mətbəxin olması əsl mənzili xatırladır.

Təkər üstündə evdən ilin bütün fəsillərində istifadə etmək mümkündür.