Amerika alimləri aspirinin yeni təhlükəli xüsusiyyətini aşkar ediblər.

Astarainfo.az Publika.az-a istinadən  bildirir ki, tədqiqat “Journal of the Royal Society Interface”-də dərc edilib. Bu barədə “Medical Xpress” nəşri məlumat yayıb.

Alimlərin qənaətinə görə, aspirinin qəbulu qalın bağırsaqlarda təhlükəli yenitörəmələrin inkişafını zəiflətsə də, eyni zamanda şiş qəfəslərinin təkamül potensialını artırır.

Daha öncə “The Lancet” dərgisində dərc olunmuş 3 yeni tədqiqatın yekunları isə bu dərmanın anti-xərçəng xüsusiyyətlərinin olduğunu təsdiqləmişdi.

Yuxarıda qeyd etdiyimiz kimi qalın bağırsaqlarda təhlükəli yenitörəmələrin inkişafını zəiflətməklə aspirin 5 il müntəzəm qəbul olunduğu təqdirdə xərçəng riskini azaldır.

Lakin ekspertlər aspirini xərçəngin qarşısını alan dərman kimi tövsiyə etmək üçün hələ kifayət qədər dəlillərə malik olmadığını bildirir.

Bununla yanaşı, aspirin mədə qanaması kimi yan təsirə də malikdir.

İndiyədək aparılan araşdırmalarda göstərilib ki, ən azı 10 il ərzində aspirinin qəbulu bağırsaq xərçəngi kimi xəstəliyin bəzi növlərinin yaranması riskini azaldır.

Son araşdırma həmin müdafiə effektinin 3-5 il ərzində yaranmasına dəlalət edir.

Bu nəticəyə 77 pasientin iştirak etdiyi araşdırma yekunlarını təhlil edən Oxford Universitetindən professor Peter Rotvell və onun həmkarları gəlib.

Belə görünür ki, aspirin nəinki xəstəliyin qarşısını alır, o, həmçinin xərçəngin yayılması riskini də önləyir.

Hər gün 75-dən 300 miliqramadək aspirinin qəbulu nəzarət qrupundakı xərçəng xəstələrinin sayını 3 il ərzində 25 faiz aşağı salıb.

Aspirin həmçinin xərçəngdən ölüm hallarının sayını 5 il ərzində 15 faiz azaldıb.

Yeni araşdırmaya əsasən, dərmanın qəbul müddətinin artması ilə xərcəngdən ölmək riski də azalıb.

Tədqiqatın nəticələrinə görə. aspirini 5 ildən artıq qəbul edənlərdə ölüm riski 37 faiz azalıb.

Bütün bu yaxşı xüsusiyyətlərinə baxmayaraq, alimlərin müəyyən etdiyi yeni təhlükəli məqam – şiş qəfəslərinin inkişaf potensialını artırması dərmanı birmənalı olaraq xeyirli adlandırmağa imkan vermir.