Azərbaycan, Gürcüstan və Ukrayna arasında tranzit yük daşınmasına dair saziş imzalanıb

Ukraynanın Odessa şəhərində keçirilən “Avropa-Asiya inteqrasiya olunmuş nəqliyyat dəhlizləri” mövzusunda yüksək səviyyəli II beynəlxalq nəqliyyat konfransı çərçivəsində Azərbaycan, Gürcüstan və Ukrayna arasında saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, sazişi Azərbaycan tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov imzalayıb.

C.Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib ki, saziş Azərbaycan, Gürcüstan, Ukrayna dəmir yollarının birgə istifadəsi üçün imzalanıb. Bu saziş yükün daşınmasında maya dəyərini aşağı salacaq.