“Gazprom” ilə “Botaş” Türkiyəyə satılan rus qazının qiymətini müzakirə edir

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Türkiyənin “Botaş” şirkəti ilə bu ölkəyə satılan rus qazının qiymətini müzakirə edir.

AZƏRTAC “TASS”a istinadla xəbər verir ki, bunu “Gazprom Export”un baş direktoru Elena Burmistrova deyib.

O bildirib ki, bu ayın ortalarında Türkiyəyə ixrac edilən təbii qaz qiymətindəki anlaşılmazlıqla bağlı arbitraj prosesinin ilk iclası keçiriləcək: “Botaş” ilə Türkiyəyə ixrac edilən təbii qazın qiymətinə dair müzakirələr davam edir. Həmçinin məhkəmə qərarı olmadan problemin həlli üçün tərəfdaşlarımız ilə danışıqlar aparırıq. Təcrübələrimiz bu mövzunun həlli üçün müvəffəqiyyətli olacağımızı göstərir”.

Qeyd edək ki, “Botaş” 2015-ci ilin oktyabr ayından etibarən Rusiyadan alınan təbii qaz qiymətinin yenidən nəzərdən keçirilməsi üçün arbitraj prosesini başladıb.