İki sahili birləşdirən unikal körpü

Norveçin “Rintala Eggersson Architects” arxitektura bürosunun mütəxəssisləri Send şəhərində iki sahili birləşdirən unikal körpünün layihəsini təqdim ediblər.

Astarainfo.azAZƏRTAC-a istinadla bildirir ki, “Hose Bridge” adlandırılan və poladdan hazırlanan körpü xüsusilə gecələr daha rəngarəng və işıqlı görünür. Körpüdən nəinki piyadalar, həmçinin velosipedçilər də istifadə edə bilərlər.

Ən asası isə körpü vasitəsilə sakinlər çayın digər sahilinə tez və təhlükəsiz şəraitdə keçə biləcəklər.