Astarainfo.az xəbər verir ki, Astara rayon Mərkəzi Kitabxanası  “Kitab Qatarı” layihəsi çərçivəsində ilk tədbirni Kijəbə qəsəbə Bayraq Meydanında keçirib.

Tədbirdə Kijəbə qəsəbə, Lovayın, Burzubənd, Ovala, Tüləgüvan və Vənəşikəş kənd mədəniyyət və məktəbəqədər təhsil müəssisələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov açmış və  layihənin keçirilməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

  İlk olaraq çıxış edən Astara rayon MKS-nin direktoru Tural Eyvazov qeyd etmişdir ki,  “Kitab Qatarı” layihəsi çərçivəsində rayon kitabsevərləri üçün təşkil olunmuş bu tədbirin bir neçə qəsəbə və kəndlərdə keçiriləcəkdir. T.Eyvazov kitabın və mütaliənin təbliği üçün kitabxananın bir neçə layihələri uğurla həyata keçirdiyini qeyd etmişdir.

“Açıq kitabxana”, “Mütaliə həftəsi”, “Yay məktəbi”, “Səyyar kitabxana xidməti” və bir sıra kitabxana xidmətlərimiz rayon əhalisi tərəfdən böyük maraqla qarşılanmışdır.
Tədbirdə Kijəbə qəsəbə İcra nümayəndəsi Şahin Əmənullayev, uzun illər kitabxana sahəsində çalışmış və hal-hazırda təqaüddə olan Kamil Kamilov, uşaqların sevimli şairi İlham İlhami, şair İbrahim Xəlil, Nəriman Azəri, kitabxanaçı-şairə Sakitə Ülvi və müəllimlərdən Sabir Fətullayev çıxış etmişdir. Çıxış edənlər Dövlət başçısının bu gün kitabxanalara göstərdiyi diqqət və qayğıdan söz açmış, gənc nəslin təlim-tərbiyəsində və dünya görüşünün formalaşmasında kitabxanaların əvəzsiz rolu olduğunu qeyd etmişlər.

“Kitab Qatarı” layihəsi çərçivəsində Kijəbə qəsəbəsində keçirilmiş meydan tədbirində “Azərbaycan Xalq Ədəbiyyatı”, “Müasir Azərbaycan Ədəbiyyatı”, “Dünya Ədəbiyyatı”, “Klassik Azərbaycan Ədəbiyyatı”, “Astara yazarları”, “Nağıllar aləminə səyahət”, “Doğma yurdum Azərbaycan”, “Görkəmli sərkərdələrimiz” və “Mənim nağıl dünyam” başlıqları altında 1000-ə yaxın maraqlı kitablar sərgilənmişdir.

Layihə çərçivəsində Kijəbə qəsəbəsində keçrilmiş meydan tədbirində fəal iştirak edənlər rayon MKS-nin rəhbərliyi tərəfindən fəxri-fərmanla təltif edilmişdir.
Tədbir Kijəbə qəsəbə Folklor evinin hazırladığı konsert proqramı ilə davam etmişdir.

Astarainfo.az