Kiyevin mərkəzində partlayış – Ölən və yaralanan var

Ukraynanın paytaxtı Kiyevin mərkəzində partlayış baş verib.

Trend “RİA Novosti”yə istinadən xəbər verir ki, Bessarabskaya meydanının yaxınlığında güclü partlayış nəticəsində avtomobil tamamilə dağılıb, sürücü ölüb.

Maşında qadın və uşağın da olduğu deyilir. Qadın xəstəxanaya çatdırılıb, azyaşlı xəsarət almayıb. Hazırda küçə bağlanıb.