Meksika sahillərində 8,1 bal gücündə zəlzələ olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin mərkəzi Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə yerləşib.
Məlumata görə, yeraltı təkanların ocağı 33 km dərinlikdə olub.
Dağıntı və fəlakət qurbanları barədə məlumat verilməyib.