“Qalatasaray” klubu Fransanın “Bordo” komandasının qapıçısını heyətinə cəlb edib

Türkiyənin “Qalatasaray” futbol klubu Fransanın “Bordo” komandasının qapıçısı Sedrik Karraskonu transfer edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbula gələn fransalı futbolçu ictimaiyyətə təqdim edilib. Onunla birillik müqavilə imzalanıb. 35 yaşlı təcrübəli qapıçı “sarı-qırmızılılar”ın heyətində ildə 600 min avro maaş alacaq.

Qeyd edək ki, karyerası boyunca Fransanın “Olimpik Marsel”, “Qenqam”, “Tuluza” və İngiltərənin “Kristal pəlis” komandalarında da forma geyinən futbolçu 2009-cu ildən “Bordo”da çıxış edirdi.