İtaliya A Seriyasının 3-cü turunda sabah keçirilməli olan “Sampdoriya” – “Roma” oyunu təxirə salınıb.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən matçın başqa vaxtda keçirilməsi qərara alınıb. Görüşün yeni vaxtı qarşıdakı günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə eyni qrupda mübarizə aparacaq.