Moskvada yerləşən və qeyri-rəsmi adı “Rublevka” olan ərazidə yerləşən malikanələr 50% endirimlə satışa çıxarılıb.
Astarainfo.az fins.az-a istinadən xəbər verir ki, Kalinka Qrupun hesablamalarına görə, bu evləri 15 milyon dollar gəlirlə əldə etmək olar. Hazırda adıçəkilən rayonda 2000-ci illərdə tikilmiş malikanələrin, demək olar ki, 90%-i satışa çıxarılıb. Ekspertlərin fikrincə, buna səbəb vaxtı ilə “Rublevka”nın çiçəklənən dövründə tikilən köhnə üslublu malikanələrdir.
Qeyd olunur ki, artıq sahibkarlar Ermitaja bənzər malikanələrdə yaşamaqdan usanıblar. Bu cür evlərin rekonstruksiya olunması külli miqdarda vəsait tələb edir. Həmçinin bu cür evlərin saxlanılması da baha başa gəlir.
Məlumat üçün bildirək ki, ötən ildən bu rayonda evlərə olan tələbat dəfələrlə aşağı düşüb.