Somalidə partlayış: 4 ölü, 3 yaralı

Somalidə terrorçu-kamikadzenin yerli restoranlardan birində özünü partlatması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Publika.az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Baydabo şəhərində qeydə alınıb.

İnsidentlə bağlı heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.