Torontoda beynəlxalq kinofestival davam edir

Kanadada keçirilən Toronto beynəlxalq kinofestivalı tennisçilərin qarşılaşmasından bəhs edən “Borq/Makinroy” filmi ilə açılıb.

AZƏRTAC qazeta.ru saytına istinadla xəbər verir ki, real hadisələr üzərində qurulmuş film peşəkar tennisçilər isveçli Borna Borqa və amerikalı Con Makinroya həsr olunub. Rolları müvafiq olaraq Sverrir Qudnason və Şaya Labaf oynayıb.

Festivalda, həmçinin Ceyk Cillenxolun “Daha güclü”, Helli Berrinin “Kitablar”, Corc Kluninin “Cuburbikon”, Cenifer Lourensin çəkildiyi “Ana!” və Ancelina Colinin “Əvvəlcə atamı öldürdülər” sənədli filmləri nümayiş olunacaq.

Sentyabrın 17-dək davam edəcək festivalda rus rejissoru Andrey Zvyaqintsevin “Sevgisizlik” filminin də nümayişi gözlənilir.